"Neftçi"nin Türkiyənin Antalya şəhərində yoldaşlıq oyununda üz-üzə gələcəyi rəqiblərdən birinin adına aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Albaniyadan "Partizani" ilə qarşılaşacaq.
Bu barədə "Lapsi.al" saytı məlumat yayıb.
Qarşılaşma 9 yanvar tarixində baş tutacaq.
"Neftçi"nin Antalya toplanışı yanvarın 14-nə kimi davam edəcək. "Ağ-qaralar" burada daha bir yoxlama oyunu keçirəcək.

