Bojoviçin xoşuna gəlmədi, "Neftçi" getməyə RAZI SALDI - SON DƏQİQƏ

3 Yanvar 2024 11:05 Neftçi 33 903
Bojoviçin xoşuna gəlmədi, "Neftçi" getməyə RAZI SALDI - SON DƏQİQƏ

«Neftçi»nin yeni baş məşqçisi Miodraq Bojoviç sabah Azərbaycana qayıdacaq.

Dekabrın 24-də «ağ-qaralar»la 1,5 illik müqavilə imzalayan monteneqrolu mütəxəssis yanvarın 6-da komanda Türkiyəyə - təlim-məşq toplanışına aparacaq.

Balkanlı çalışdırıcı artıq özü üçün bəzi mühüm qeydlər götürüb. O, paytaxt təmsilçisinin son 6 ayda keçirdiyi oyunları analiz edərək, futbolçular barədə fikrini qətiləşdirib.

Bojoviç ilk olaraq Aaron Olanarerin üzərində dayanıb. 56 yaşlı sükançı nigeriyalı hücumçu anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verilməsini istəyib.

Və artıq bu istiqamətdə real addım atılıb. Düzdür, «ağ-qaralar» ona 2 aylıq əməkhaqqı miqdardında ödəmə etməyə əvvəldən hazır idilər, ancaq səbəbkar buna qane olmurdu.

O, yarım illik maaşını bəribaşdan almaq niyyətindəydi. Bakılılar yayda sıralarına qatdığı afrikalını artıq razı sala bilib.

Müqaviləsi gələn ilin yayında bitəcək legionerlə anlaşmaya bugünlərdə qarşılıqlı razılaşma əsasında xitam veriləcək.

Aaron Olanare 2016-2018-ci illərdə Moskva MOİK-inin şərəfini qoruyub.

30 yaşlı mərkəz hücumçusu buna qədər ölkəsinin “Şutinq Starz”, Norveçin “Valerenqa” və “Sarpsborq”, Çinin “Quançjou”, “Siçuan” və “Çançun Yatay”, Rusiyanın “Amkar” və İsrailin “Beytar" (Yerusəlim) klublarının da formasını geyinib.

Son 2 mövsümü “Ərzurumspor”da keçirən forvard Türkiyə I Liqasında 23 matçda 4 dəfə fərqlənib. Nigeriya millisində 7 oyunda 2 qol vuran Olanare “Neftçi“də cəmi 2 dəfə fərqlənb.

O, Premyer Liqanın ilk və ikinci dövrəsində “Turan“la keçirilən oyunlarda komandasına qələbə gətirən qolun müəllifi olub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti