Sportinfo.az xəbər verir ki, dekabrın 24-də «Neftçi»dən uzaqlaşdırılan Andrian Mutu sosial şəbəkə hesabındakı səssizliyi pozub.
Anasının vəfatı səbəbi ilə ölkəsinə qayıdan, onun dəfn günü - dekabrın 24-də istefaya göndərilən 44 yaşlı rumıniyalı mütəxəssis həyat yoldaşının doğum günü və Yeni il münasibəti ilə paylaşım edib.
O, həyat yoldaşını təbrik eləyərək, onu çox sevdiyini yazıb.
Bundan başqa, Mutu Yeni il münasibəti ilə izləyicilərini də təbrik edib.
Hazırda işsiz olan Mutunun karyerasını Rumıniya klublarından birində davam etdirəcəyi gözlənilir.

