"Neftçi"nin yeni baş məşqçisinin köməkçiləri kim olacaq?

2 Yanvar 2024 14:00 Neftçi 2 946
"Neftçi"nin yeni baş məşqçisinin köməkçiləri kim olacaq?

«Neftçi»nin yeni baş məşqçisi Miodraq Bojoviçin köməkçilərinin adları yaxın günlərdə açıqlanacaq.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Redaksiyamıza bildirilib ki. monteneqrolu mütəxəssis yanvarın 4-də vətənindən Bakıya qayıdacaq və 2 gün sonra komandayla Türkiyə toplanışına yollanacaq.

«Ağ-qaralar»la 1,5 illik müqaviləyə imza atmış balkanlı çalışdırıcı, böyük ehtimalla, özüylə 3 köməkçi gətirəcək. Onlarla da ilyarımlıq kontrakt bağlanması gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti