“Neftçi” rəhbərliyi niyə hamını göndərib, yalnız onun qalmasını istəyir?

1 Yanvar 2024 15:15 Neftçi 2 847
“Neftçi” rəhbərliyi niyə hamını göndərib, yalnız onun qalmasını istəyir?

Miodraq Bojoviçi baş məşqçi postuna gətirən “Neftçi” Adrian Mutunun korpusundan yalnız Mihai-Qavril Nedebanla müqaviləyə xitam verməyib.

Rumıniyalı keçmiş çalışdırıcısı ilə 2 illik sözləşməni vaxtından əvvəl pozmuş bakılılar 4 nəfərdən - 45 yaşlı Alin-Nikolaye Çita (köməkçi məşqçi), 44 yaşlı Aurelian-Boqdan Petraşku (analitik məşqçi) və 28 yaşlı Miodraq Todorovu (fiziki hazırlıq üzrə məşqçi) yola salıbsa, qapıçılar üzrə məşqçinin məsələsinə hələlik tam aydınlıq gəlməyib.

Böyük ehtimalla, 47 yaşlı mütəxəssis monteneqrolu sükançı ilə bərabər işləyəcək.

Klub rəsmiləri Mutunun yardımçılarından bir tək onun fəaliyyətindən razıdır. Və Nedebana yeni məşqçi korpusunda da yer vermək fikirləri var.

Bu niyyət nədən xəbər verir?

Akademiyanın öz yetirməsi Rza Cəfərovun son həftələrdəki performansı bakılı funksionerdə Nedebana simpatiya yaradıb. Gənc qapıçının sürətli inkişafını və artıq əsas heyətdə möhkəmlənməsini rumıniyalı məşqçinin işində görürlər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti