"Azərbaycanlı futbolçuları tərifləməyə qorxursan, amma öldürüb basdırmaq da olmaz" - VİDEO

31 Dekabr 2023 19:00 Neftçi 1 435
"Azərbaycanlı futbolçuları tərifləməyə qorxursan, amma öldürüb basdırmaq da olmaz" - VİDEO

«Rza Cəfərov ümid verir».

Bu açıqlama futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Neftçi»nin gənc qapıçısı haqda xoş fikirlər səsləndirib.

Bildirib ki, Premyer Liqanın son turlarında əsas heyətə düşən kiper böyük potensiala malikdir:

«Adam azərbaycanlı futbolçuları tərifləməyə qorxur. Amma onları öldürüb basdırmaq da olmaz.

Rzanın «Kəpəz»lə qarşılaşmada göstərdiyi inamlı çıxış məni çox sevindirdi. Ayaqla topu oyuna daxil etmək bacarığı, soyuqanlı olması, mövqe seçimi əla idi, xoşuma gəldi.

Ümid edirəm ki, haqqında söylədiyimiz sözlər Rzanı arxayınlaşdırmaz, öz üzərində daha da səylə çalışar».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!