"İnanaq ki,  dürüst insan olar, yanlış qərarlar, fikirlər ilə rəhbərliyi aldatmaz"

30 Dekabr 2023 11:40 Neftçi 1 014
"İnanaq ki,  dürüst insan olar, yanlış qərarlar, fikirlər ilə rəhbərliyi aldatmaz"

"Ümid edək ki, bu dəfə seçim düzgün olar".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin keçmiş yarımmüdafiəçisi Bəxtiyar Musayev deyib.

Hazırda menecer kimi fəaliyyət göstərən veteran futbolçu paytaxi klubunun yeni çalışdırıcı Miodraq Bojoviçin təyinatına münasibət bildirib:

"Öncə ona uğurlar arzu edirəm, "düşərli olsun" deyirəm. İnanaq ki, məşqçilikdən əlavə, dürüst insan olar, yanlış qərarlar, fikirlər ilə rəhbərliyi aldatmaz.

Çempionatın gedişində görünəcək ki, nələr edir. Ardıcıl qələbə ola bilər, amma münasibətlərə də baxmaq lazımdır.

"Qarabağ"dan başqa, digər komandaları qabaqlaya, bütün rəqibləri məğlub edə bilər, amma inkişaf olduğunu görmək üçün düzgün analiz olmalıdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti