"Neftçi"də 3 əcnəbi bir azərbaycanlı qədər olmadı, amma...

30 Dekabr 2023 22:20 Neftçi 2 072
"Neftçi"də 3 əcnəbi bir azərbaycanlı qədər olmadı, amma...

Samir Abasov 9 illik fasilədən sonra "Neftçi"yə ölkə çempionluğu qazandırması ilə adını klub tarixinə yazdıra bildi.

Amma davamında haqq etmədiyi münasibəti gördü. Öncə əlinin altındakı sanballı futbolçular bir-bir satıldı, qazanc əldə olundu.

Əvəzində avrokuboklarda uğursuzluq yaşayan Abasov yeni mövsüm Premyer Liqada da titulu qoruya bilmədi.

Onun rəhbərliyi altında "ağ qaralar" ikinci mövsümündə çempionatı ikinci pillədə tamamladı.

Və ardınca rəhbərlik çalışdırıcı ilə yolları ayırmağa qərar verdi.

Aradan keçən müddətdə paytaxt təmsilçisi Laurentsiu Regekampf, Adrian Mutu və son olaraq da Miodraq Bojoviçə tapşırıldı.

Regekamfla 2022/23 mövsümündə üçüncü pilləni tutan bakılılar Adrian Mutu ilə olan sevdanı cəmi yarım mövsüm davam etdirə bildi.

Və ötənlərin məşhur futbolçusu "Neftçi"ni üçüncü pillədə serbiyalı mütəxəsisə tapşırıb getdi.

Klub rəhbərliyi də mətbuat önünə çıxıb, açıq-aşkar etiraf etdi ki, yeni məşqçinin qarşısına qoyulan məqsəd mövsümü ikinci pillədə başa vurmasıdır.

Necə də qəribə paradoksdur deyilmi?

Azərbaycanlı məşqçi ikinci olduğu üçün yola salınır.

Yerinə gətirilən üç əcnəbi əl-ələ verib həmin pilləni geri qaytarmaq üçün cəhd edir.

Baxın, "Neftçi"ni bu təfəkkürdə olan adamlar idarə edir.

Ölkənin ən köklü klubunun bəlası tarixi qədər dərindir.

Həm də asanlıqla görünəcək qədər dayaz.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti