"Neftçi" ilə 2 gün içində razılıq əldə etdik" – Yeni baş məşqçisinin agenti

29 Dekabr 2023 22:40 Neftçi 1 461
"Neftçi" ilə 2 gün içində razılıq əldə etdik" – Yeni baş məşqçisinin agenti

“Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviçin agenti Srcan Yeremiç Rusiya mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “РБ Спорт”a danışan Yeremiç tərəflərin müqavilə imzalasından əvvəl "Neftçi" ilə danışıqlar prosesinin təfərrüatlarından deyib:

“Neftçi” ilə danışıqlar çox sürətlə alındı.

Klub Miodraqa maraq göstərdi və iki gün ərzində razılıq əldə edildi. O, ilyarımlıq müqavilə imzalayıb”.

O, Rusiya klublarından Bojoviçə marağın olub-olmamasını da açıqlayıb:

“Miodraq bu ölkəyə çox isti münasibət bəsləyir. Lakin onun üçün maraqlı olacaq konkret variantlar yox idi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti