“Neftçi”dən ayrıldı, 4 klubun maraq dairəsinə düşdü

29 Dekabr 2023 20:40 Neftçi 6 920
“Neftçi”dən ayrıldı, 4 klubun maraq dairəsinə düşdü

Ramin Nəsirlinin “Neftçi”dən ayrılaraq azad agent statusuna yiyələndiyini xəbər vermişdik.

21 yaşlı yarımmüdafiəçi ilə bir neçə klub yaxından maraqlanır.

Bunlar Latviya təmsilçiləri “Liepaya” ilə “Valmeriya”, Azərbaycan klubları “Kəpəz”lə “Araz-Naxçıvan”dır.

Nəsirlinin əsas istəyi karyerasını Avropada davam etdirməkdir. Lakin bunun üçün müqavilə şərtləri hər iki tərəfə sərf etməlidir.

Ölkə xaricində uyğun variant tapa bilməsə, Premyer Liqa təmsilçilərindən birinə “hə” deyəcək.

“Neftçi”nin heyətində ötən ilin fevralında debüt edən, əsas komandada meydana çıxdığı 5 oyunda 1 qolla yadda qalan U-21-in üzvü 2023-cü ili icarə əsasında “Dauqavpils”də keçirib.

Ramin Latviya təmsilçisində 38 qarşılaşmada 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti