"Neftçi"də sevilməyə başladı, 30 yaşında nigah bağladı - FOTOLAR

29 Dekabr 2023 20:00 Neftçi 1 791
"Neftçi"də sevilməyə başladı, 30 yaşında nigah bağladı - FOTOLAR

Premyer Liqada yaranmış fasilədən hərə bir cür yararlanmağa çalışır.

10 günlük fasilə futbolçular üçün göydəndüşmə olub.

"Neftçi"nin yarımmüdafiəçisi Dieqo Valdes 2023-cü ilin son günlərində həyatının əlamətdar hadisəsini gerçəkləşdirib.

Paraqvaylı oyunçu xeyli vaxtdır sevgili olduğu xanımla nigaha girib. Paraqvayda gerçəkləşən xoş gündə bəy və gəlinin yaxınları iştirak edib.

Valdes nigah mərasimindən çəkilmiş fotoları sosial şəbəkə hesabında paylaşıb.

Yayda "Neftçi"ylə müqavilə bağlayan 30 yaşlı yarımmüdafiəçi çempionatda meydana çıxdığı 12 oyunda vurduğu 2 qolla yadda qalıb.

HƏBİB/ SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti