Bojoviçi "Neftçi"yə kim gətirib?

28 Dekabr 2023 20:40 Neftçi 2 846
Bojoviçi "Neftçi"yə kim gətirib?

Adrian Mutunu yola salan "Neftçi" rəhbərliyi bir göz qırpımında Miodraq Bojoviçlə anlaşdı.

Monteneqrolu mütəxəssisin təyinatından sonra əksəriyyəti maraqlandıran sual Bojoviçin Azərbaycana kimin əli ilə, başqa cür desək, hansı xətlə gəlməsidir.

Oxlar klub prezidenti Fərrux Mahmudovun "sağ əli" hesab olunan Kamil Məmmədova yönəlmişdi.

Yayda Mutunun, eləcə də bir neçə əcnəbi futbolçunun "ağ-qaralar"a keçidində yaxından iştirak edən tanınmış futbol agentinin bu dəfəki izdivaca da qol qoyduğunu təxmin etmək olardı.

Amma yox.

55 yaşlı monteneqrolu ölkəmizə klubun idman direktoru Yens Anderssonun şəxsi əlaqələri və xeyir-duası ilə gəlib.

İsveçli klub funksionerinin vaxtilə Xorvatiya "Hayduk"unda işlədiyini nəzərə alsaq, Monteneqro ilə əlaqələrinin hansı dönəmə söykəndiyini anlamaq çətin deyil.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti