“Neftçi”də ilk ayrılıq gerçəkləşib.
Sportinfo.az xəbər verir ki, klubun yetirməsi olan Ramin Nəsirli “ağ-qaralar”ı tərk edib.
Klub rəhbərliyi ilə görüşən 21 yaşlı yarımmüdafiəçi “Neftçi”dən ayrılmaq istədiyini, karyerasını mütəmadi oynaya biləcəyi komandada davam etdirmək həvəsində olduğunu bildirib.
Paytaxt təmsilçisinin baş icraçı direktoru Fərrux Rəhimov Nəsirli üçün yaşıl işıq yandırıb.
Bakılıların heyətində ötən ilin fevralında debüt edən, əsas komandada meydana çıxdığı 5 oyunda 1 qolla yadda qalan U-21-in üzvü 2023-cü ili icarə əsasında “Dauqavpils”də keçirib.
Ramin Latviya təmsilçisində 38 qarşılaşmada 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB

