"Mutunu bir kənara qoyuram, bu, "Neftçi"nin öz adına yaraşmadı"

28 Dekabr 2023 22:20 Neftçi 2 574
"Mutunu bir kənara qoyuram, bu, "Neftçi"nin öz adına yaraşmadı"

Futbol funksioneri Bəxtiyar Musayev Sportinfo.az-a açıqlama verib.

O, Adrian Mutunun göndərilməsi və yeni baş məşqçi təyinatından danışıb.

Sabiq "Neftçi"li ilk öncə rumıniyalının bu şəkildə göndərilməsini tənqid edib:

"Mutunun fəaliyyəti yaxşı alınmadı. Ən əsası, göstərilən futbol gələcəyə yaxşı ümid vermirdi.

Lakin onun göndərilməsi qeyri-peşəkar oldu. Adamın anası rəhmətə gedib.

Hə, ola bilər, iki tərəf buna razılaşsın. Ancaq qış fasiləsinə cəmi 1 tur qalırdı.

Həmin oyunu da gözləmək olardı. Yoxsa Mutunun fəaliyyətinə xitam verilmədən yeni baş məşqçi tribunada oyunu izləyir.

Bu "Neftçi" kimi köklü kluba yaraşan hərəkət deyil. Oyun bitərdi, sonra addımlar atılardı. Onsuz da, fasilədir və hələ zaman var.

Lap yeni məşqçi Bakıda oyunu izləyərdi. Təyinat bir neçə gün sonra rəsmiləşərdi.

Mutunun yola salınması hörmətsizliklə oldu. Belə münasibət etik cəhətdən doğru deyildi. İşdi alınmayıb.

Onda belə edirlər? İsveçli idman direktoru Yens Anderssonun da Mutunun belə göndərilməsinə göz yumması yaxşı siqnal vermir.

Peşəkar olasan və belə addım atasan? Mutunu bir kənara qoyuram, "Neftçi"nin öz adına yaraşmadı".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti