“Neftçi”dən HƏSSAS AÇIQLAMA: “Tələb edirik ki…“

28 Dekabr 2023 14:40 Neftçi 1 377
“Neftçi”dən HƏSSAS AÇIQLAMA: “Tələb edirik ki…“

Son vaxtlar mediada “Neftçi”nin futbolçularının başqa komandalara transfer olunacağı və ya icarəyə veriləcəyi haqqında xəbərlər yayılır.

“Neftçi”nin mətbuat xidməti bununla bağlı Sportinfo.az-a açıqlama verib.

Bildirilib ki, bu cür xəbərlər həqiqəti əks etdirmir:

“Buna görə də media nümayəndələrindən bu cür xəbərlərin dərcindən əvvəl klubun mətbuat xidməti ilə dəqiqləşdirməyi tələb edirik.

Əks halda, bu xəbərlərin şayiədən başqa heç bir əsası olmayacaq və sizin media orqanının nüfuzuna xələl gətirə bilər.

Qış transfer dönəmində hər hansı futbolçumuz başqa komandaya transfer olunanda və ya icarəyə veriləndə, bu haqda xəbəri rəsmi olaraq klubun mətbuat xidmətindən əldə edə biləcəksiz“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti