“Neftçi“dən etiraf və xahiş: “Başa düşürəm, qəzəblidirlər, amma bir şeyi bilsinlər ki…“

28 Dekabr 2023 16:00 Neftçi 1 493
“Neftçi“dən etiraf və xahiş: “Başa düşürəm, qəzəblidirlər, amma bir şeyi bilsinlər ki…“

“Fanatlarımızın narazılığını başa düşürəm, həqiqətən də haqlıdırlar“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin yarımmüdafiəçisi Eddi İsrafilov deyib.

O, komandadan incik düşən azarkeşlərin mövqeyinə haqq qazandırıb:

“Komandanın vitse-kapitanı olaraq onların etirazını anlayışla qarşılayıram. Bir şıeyi bilsinlər ki, biz futbolu azarkeşlərimiz üçün oynayırıq və onların dəstəyinə ehtiyacımız var.

Tərəfdarlarımızla əl-ələ tutaraq, uğurları birlikdə əldə edə bilərik. Başa düşürəm, qeyri-sabit nəticələr onları qəzəbləndirir.

Ümid edirəm ki, ən qısa zamanda azarkeşlərimizlə barışıq sazişi imzalanacaq“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti