Tanınmış aktyor Kamran Ağabalayev futbol sevgisindən danışıb.
Sportinfo.az xəbər verir ki, o, "Neftçi" ilə bağlı paylaşımında bu sevginin ona atasından miraz qaldığını bildirib.
"Uşaqlıqdan addım atıb topa toxunanda ilk eşitdiyim "Neftçi" sözü olub, topu sadəcə olduğu kimi deyə bilərdik, amma yox, onun da xüsusi adı var idi,
"Neftçi topu". Uşalığımızın ən dəyərli 2 hədiyyəsi, atamın mirası "Neftçi" və "Neftçi topu"dur.
Şəxsi fikrimdir, bu ölkədə futbol "Neftçi" ilə başlayıb, "Neftçi" ilə davam edir və edəcək. Mən azarkeşəm, böyük-böyük deyirəm, "Neftçi" azarkeşi.
Kiminə atasından ev-eşik, bağ, dükan miras qalır, mənə düşən də bu olub və xeyli məmnunam.
Təbii eniş də olacaq, yoxuş da olacaq və atam mənə deməmişdi ki, hər il çempion bizik, demişdi ki, yay, yaz, qış, bahar yanında ol.
"Sabah önəmli oyunumuz var", - deyir azarkeşlər, bir söz deyim, inciməyin, "Neftçi" və önəmli sözləri mənim üçün yan-yana gələ bilməz.
Səbəb? Neftçi elə önəmin özüdür mənim üçün, qələbə də qazansaq, məğlub da olsaq. Atamın mirası qələbə olmayıb, "Neftçi" olub".

