“Neftçi”ni mövsümün ikinci yarısına Miodraq Bojoviç çalışdıracaq.
55 yaşlı mütəxəssis əslən Monteneqrodan olsa da, məşqçilik karyerası Rusiya ilə bağlıdır.
Təcrübəli çalışdırıcı 2008-ci ilin yanvarından 2022-ci ilin iyununa qədər fasilələrlə “Amkar”, “Moskva”, “Dinamo” (Moskva), “Rostov”, “Lokomotiv” (Moskva), “Arsenal” (Tula), “Krılya Sovetov”a cavabdehlik daşımaqla sözügedən komandaları bu müddətdə 329 oyuna çıxarıb.
Bu, o deməkdir ki, Bojoviçi qonşu Rusiyada kifayət qədər çalışırlar, insan və məşqçi kimi nəyə qadir olduğunu bilirlər.
Miodraqın məşqçilik karyerasını “Neftçi”də davam etdirəcəyi ilə bağlı xəbəri bu ölkənin aparıcı media orqanları da izləyicilərinə çatdırıb.
Məlum xəbərə yazılan müxtəlif səpkili rəylər diqqətimizi çəkməyə bilməzdi:
“Bojoviç orta səviyyə üçün güclü məşqçisidir. O, mənə Ranyerini xatırladır. Düzdür, göydən ulduzu çatmır, amma hədəfi bir dəfə vura bilər. Niyə “Neftçi”də olmasın?
“Ranyerinin ən azı Premyer Liqa çempionluğu var. Bojovic həm “polislər”i, həm də “stüardessalar”ı çalışdırdı. Lakin heç bir medal qazanmadı”.
“Özünə bənzəmir, vaxt heç kimə güzəşt etmir”.
“Şəkildəki həqiqətən Bojoviçdir?”
“Böyük pullar və müftəxorluq həvəskarı yenə yerləşdi”.
Monteneqrolu mütəxəssis məşqçilik karyerasında iki titul qazanıb.
2013-14 mövsümündə “Rostov”la ölkə kubokunun, 2015-16 mövsümündə “Srvena Zvezda” ilə Serbiya çempionatının qalibi olub.
HƏBİB / SPORTİNFO.AZ

