“Neftçi"də dəyişən yalnız adlardır, kimin baş məşqçi posruna gəlməsinin önəmi yoxdur.
Əsas futbola rəhbərlik edənlərdən hesab sorulmalıdır".
Bu sözlər Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist deyib ki, paytaxt klubunun "çiçəyi burnundakı" yeni çalışdırıcısı Miodraq Bojoviç haqqında hələ nəsə fikir söyləmək tezdir:
"İndi diqqəti bu komandanı bu günlərə salanlara yönəltmək lazımdır. Yayda Adrian Mutu ilə bərabər, saysız-hesabsız transferlər edildi.
Bojoviç də, böyük ehtimalla, transferlər istəyəcək. Monteneqrolu Rusiyada özünü çox yaxşı reklam etdirdi.
Axırda menecerlər onu Bakı klubuna sırıya bildilər. Nə vaxta qədər biriləri “Neftçi” adından istifadə edərək, pul kisələrini dolduracaq?
Buna “dayan” deyən tapılmalıdır".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

