"Neftçi" ilə yeni baş məşqçi arasında ŞOK MÜQAVİLƏ ŞƏRTLƏRİ!

27 Dekabr 2023 16:00 Neftçi 6 306
"Neftçi" ilə yeni baş məşqçi arasında ŞOK MÜQAVİLƏ ŞƏRTLƏRİ!

Xəbər verdiyimiz kimi, "Neftçi" bugünlərdə baş məşqçi dəyişikliyinə gedib.

İyulda görəvə gələn və 2 illik müqaviləyə imza atan Adrian Mutu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Rumıniyalını bu postda Miodraq Bojoviç əvəzləyib.

Bakılılar monteneqrolu mütəxəssislə 1,5 illik müqavilə imzaladığını açıqlayıb. Rəsmi bildirişə görə, onun qarşısına konkret məqsəd qoyulub.

Yeni çalışdırıcı Premyer Liqanın gümüş medallarını əldə etməli, ölkə kubokunu qazanmalıdır.

Redaksiyamız bu anlaşmanın detallarıyla ilgili başqa məlumatlar əldə edib. Məsələn, saytımıza məlum olub ki, balkanlı sükançı ilə razılaşma

ilk 6 ayla bağlıdır. Belə ki, Bojoviçin qarşısına qarşısına 2 əsas, 1 yardımçı tələb qoyulub.

Yeni baş məşqçi komandanı cari mövsüm ölkə çempionu edəcəyinə dair öhdəlik götürüb. O, bu məqsədə çatmasa, kuboku «Neftçi»yə qazandırmalıdır.

Əgər iki şərtin heç birinin öhdəsindən gəlməsə, onda necə? Tərəflər bu məsələni də öz aralarında danışıb.

Anlaşmaya əsasən, klub rəhbərliyi yekunda komandanın nümayiş etdirəcəyi oyunu əsas götürəcək.

Kollektiv Bojoviçin rəhbərliyi altında baxımlı futbol sərgiləyər və azarkeşlərdən rəğbət görərsə, onunla müqavilənin ikinci hissəsi qüvvəyə minəcək.

O, 1968-ci ildə ölkəsinin Moykovats şəhərində anadan olub. 55 yaşlı mütəxəssisin futbolçu karyerası cəmi 13 il davam edib.

1986-1992-ci illərdə Pödqöritsa "Buduçnost"unun formasını geyinən keçmiş müdafiəçi daha sonra Serbiyada, İndoneziyada, Kiprdə, Niderlandda və Yaponiyada legioner həyatı yaşayıb.

1999-cu ildə futbolçu karyerasını bitirən Bojoviç 2000-ci ildə məşqçiliyə başlayıb. 2000/2001 mövsümündə Serbiyada "Belqrad"ın sükanı arxasında olan mütəxəssis ardınca Yaponiyada

"Hokkaydo Konsadole Sapporo"da köməkçi məşqçi funksiyasını yerinə yetirib.

O, Serbiyada "Borats", "Obiliç", "Hayduk" ( Belqrad), "Srvena Svezda", Kiprdə AEL, ölkəsində "Buduçnost", "Qrbal", Rusiyada "Amkar", "Moskva", "Dinamo", "Rostov", "Lokomotiv", "Arsenal", "Krılya Sovetov"da işləyib.

Baş məşqçi son olaraq 2021/2022 mövsümündə "Arsenal" komandasına rəhbərlik edib.

Bojoviç 2013/2014 mövsümündə "Rostov"la Rusiya Kubokunun, 2015/2016 mövsümündə "Srvena Svezda" ilə Serbiya Superliqasının qalibi olub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti