"Belə futbol "Neftçi"yə yaraşmır".
Bu açıqlama ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
Tanınmış telejurnalist "ağ-qaralar"ın Adrian Mutunun dönəmində olduqca bərbad futbol oynadığını bildirib.
O, rumıniyalı baş məşqçinin dövründə aparılan transfer siyasətinin uğursuzluğuna diqqət çəkib:
"Siz təsəvvür edin ki, 10 ildir "Neftçi"də olan Rəhman Hacıyev bu gün komandanın xilaskarlarından biridir. Halbuki klub ötən illərdə onu dəfələrlə icarəyə verib.
Dünənə kimi "Neftçi"də meydana az-az çıxan yarımmüdafiəçi indi vurduğu qollarla komandaya qələbələr qazandırır. Görün, necə keyfiyyətsiz transfer işləri görülüb də.
Bu gün çıxın kimdən istəyirsiz soruşun, bir nəfər deməyəcək ki, mən "Neftçi"nin oyunundan həzz alıram. Hamı komandanın sərgilədiyi futboldan şikayətlənəcək".
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

