Mutunu "Neftçi"dən uzaqlaşdıran səbəblər… BU VİDEONU QAÇIRMAYIN!

26 Dekabr 2023 19:00 Neftçi 1 440
Mutunu "Neftçi"dən uzaqlaşdıran səbəblər… BU VİDEONU QAÇIRMAYIN!

"Neftçi" Adrian Mutunu istefaya göndərdi. Bu dəyişikliklə bağlı müxtəlif fikirlər səsləndirilməkdədir.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov "ağ-qaralar"dakı baş məşqçi istefasıyla əlaqəli maraqlı fikirlər səsləndirib.

Tanınmış jurnalist bildirib ki, rumıniyalı çalışdırıcının göndərilməsi ilə heç nə həll olunmayacaq:

"Mutunu ən çox dəstəkləyənlərdən biri olmuşam. Amma mütəmadi olaraq dediyimiz bir fikir var idi: mövcud oyunçulara görə oyun planı,sistem qurmalısan.

Ya da etdiyin transferlər ona görə olmalıdır. Rumıniyalının israr etdiyi oyun planına baxdıqda, anlamaq olurdu ki, yeni transferlərin əksəriyyəti onun istəyinə əsaslanmayıb.

Onu da əlavə edək ki, Adrian Mutu ilə heç nə bitmir. Bəlkə də komandadan ən sonuncu göndərilməs gərəkən şəxs o, olmalı idi.

Təəssüf ki, yekunda bütün uğursuzluqlar baş məşqçinin passivinə yazılır. Bu qədər faydasız transferlər niyə edildi?

Bu suallara cavab verilməlidir. "Neftçi"də strategiya dəyişməyib.

Bu isə vaxt itkisidir. Sonrakı peşimançılıq isə heç vaxt fayda verməz".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti