"Neftçi"nin keçmiş hücumçusu "Beşiktaş" yolunda

26 Dekabr 2023 13:40 Neftçi 1 776
"Neftçi"nin keçmiş hücumçusu "Beşiktaş" yolunda

"Beşiktaş" "Neftçi"nin keçmiş hücumçusu Mateus Saldanyanı transfer etmək istəyir.

Sportinfo.az "Fotomaç"a istinadən xəbər verir ki, Türkiyə klubu "Partizan"da çıxış edən braziliyalıya rəsmi təklif göndərib.

"Beşiktaş"ın koordinatoru Samet Aybaba Saldanya üçün Serbiyaya yollanıb. Forvard 2023-cü ilin yanvarından iyul ayına qədər "Neftçi"də forma geyinib.

Mateus Serbiya çempionatında 18 matçda 14 qol vurub, 5 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti