“Yerli insanların xarici vətəndaşlara olan qonaqpərvərliyi məni yaxşı mənada təəccübləndirdi“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin hücumçu Lukas Melano deyib.
Yayda Bakı klubu ilə 1+1 illik müqavilə imzalayan argentinalı legioner paytaxtımız, musiqilərimiz və mətbəximizlə bağlı fikirlərini dilə gətirib:
“Burada dil baryerinə baxmayaraq, kömək etməyə, dəstək verməyə çalışırlar. Bakı əla şəhərdir.
Buranı çox bəyənirəm. Dadına baxdığım yeməklərdən ən çox dolmanı xoşlayıram“.
30 yaşlı forvardın buna kimi sonuncu klubu “Atletiko Sarmiento” olub.
Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.
2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

