"Qışdan sonra fərqli "Neftçi" görəcəksiz, heç kimi özümüzdən aşağı və ya üstün tutmuruq”

25 Dekabr 2023 22:40 Neftçi 1 179
"Qışdan sonra fərqli "Neftçi" görəcəksiz, heç kimi özümüzdən aşağı və ya üstün tutmuruq”

"Neftçi"nin futbolçusu Rəhman Hacıyev Misli Premyer Liqasının 18-ci turunda "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi jurnalistlərə açıqlamasında əvvəlcə oyunla bağlı təəssüratlarını bölüşüb:

"Heç bir oyun asan deyil. Heç bir rəqibi özümüzdən aşağı və ya üstün tutmuruq.

Bütün matçlara qələbə üçün çıxırıq. İndiyədək çox xal itirmişik.

Ona görə hər bir oyuna 3 xal üçün çıxırıq. Bu qələbənin asa olduğunu deməzdim.

Çünki rahat oyun yoxdur. Sadəcə, yaxşı oynaya bilərik.

İmkan düşdükcə onu dəyərləndiririk. Bu da asan görünə bilər, amma belə deyil".

O, toplanışdan əvvəlki qələbənin xoş təsir göstərəcəyini qeyd edib:

"İstirahətə çox yaxşı əhvalla gedirik. Çünki 3-cü pilləyə qalxmışıq. 2-ci yerlə də xal fərqimiz çox deyil.

Komandaya, özümə güvənirəm. İnşallah, çox yaxşı bir toplanış keçirəcəyik.

İkinci dövrdə daha yaxşı çıxış edəcəyimizə, fərqli "Neftçi" görəcəyinizə inanıram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti