"Neftçi"də Adrian Mutu dönəmi başa çatdı.
Rumıniyalı mütəxəssisə cəmi 5 ay ölkəmizdə işləmək müəssər oldu.
Ötənlərin məşhur futbolçusunu vaxtından əvvəl yola salan paytaxt klubunda yeni dönəm başlayır.
"Ağ qaralar" Mutunu yola salar-salmaz onun yerinə Miodraq Bojoviçi təyin etdi.
Görəsən, monteneqrolu mütəxəssis "Neftçi"yə nələr verə bilər?
Təbii ki, bu suala indi cavab vermək çox tezdir.
Bunun üçün ən azı bir müddət gözləmək gərəkir.
Amma komandanın tərəfdarları artıq indidən 55 yaşlı çalışdırıcıya inanmadıqlarını göstərməkdədirlər.
Hər halda, onların sosial şəbəkələrdə yazdıqları çox sayda şərhlər belə deməyə ciddi əsas verir:
"Dərs olmur da...".
"Qurban hoca qışdan sonra bunun da dərsini verəcək".
"Yanlış seçim".
"Heyif "Neftçi"dən, çox heyif".
"Necə gəlib, elə də yola salın. Bu qədər pulları havayı göyə səpməsinlər".
"Mutu sənin ölənlərinə rəhmət".
"Yenə əcnəbi? Bunların gözü "Qarabağ" nümunəsin görmürmü?".
"Növbəti qurbanınız çox mübarək".
"O da yəqin ki, aprelə kimi işləyib, təzminatını alıb gedəcək".
"Film yenidən başlasın".
"Mutuya dua edərsiz".
XANOĞLAN / SPORTİNFO.AZ

