“Neftçi”nin aparıcı futbolçusu təsdiqlədi – İspaniya ilə Türkiyədən təkliflər var

25 Dekabr 2023 16:40 Neftçi 3 895
“Neftçi”nin aparıcı futbolçusu təsdiqlədi – İspaniya ilə Türkiyədən təkliflər var

“Hazırda müqavilə və ya gələcək haqda düşünmürəm, özümü futbola həsr edirəm.

Təkliflərlə bağlı məsələylə agentim məşğul olur”.

“Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov Sportinfo.az-a açıqlamasında klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

2022-ci ilin yanvarından “ağ-qaralar”ın uğurları üçün tər tökən 31 yaşlı futbolçunun sözləşməsinin müddəti 2024-cü ilin iyununa qədərdir.

Əldə etdiyimiz məlumata görə, Eddi ilə İspaniya Sequndasının təmsilçiləri ilə yanaşı Türkiyə klubları da yaxından maraqlanır. Yayda Azərbaycanı tərk etməsi kifayət qədər real görünür.

İsrafilov saytımıza açıqlamasında günlər öncə yaydığımız xəbəri təsdiq edib:

“Doğru məlumatdır. Düzdür, agentimin vasitəsi ilə soruşanlar, maraqlananlar olub və bu gün də var. Lakin bu dəqiqə təkliflər barədə düşünmürəm.

Hazırda möhtəşəm klubun futbolçusuyam və burada özümü xoşbəxt hiss edirəm. Dediyiniz məsələyə mövsüm başa çatandan sonra diqqət ayıracağıq”.

Azərbaycan millisinin də şərəfini qoruyan dayaq yarımmüdafiəçisi son 2 ildə ağ-qara formada meydana çıxdığı 53 oyunda 7 qol və assistlə yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti