Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki,"Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib.
Qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin qollarını 8-ci dəqiqədə Azər Salahlı, 71-ci dəqiqədə Andre Şinyaşiki vurub.
Qələbə sayəsində xallarının sayını 28-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. Gəncə klubu 14 xalla 9-cu sıradadır.

