"Neftçi" Mutu ilə yolları ayırdı – RƏSMİ AÇIQLAMA

24 Dekabr 2023 18:20 Neftçi 830
"Neftçi" Mutu ilə yolları ayırdı – RƏSMİ AÇIQLAMA

"Neftçi” baş məşqçisi Adrian Mutu ilə yolları ayırdığını rəsmən açıqlayıb.

Sportinflo.az klubun saytına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Neftçi"nin yaydığı açıqlamada deyilir: “Neftçi” PFK Adrian Mutuya əməkdaşlığa və sərf etdiyi əməyə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar diləyir.

Eyni zamanda, Klub Adrian Mutuya anasının vəfatı ilə əlaqədar bir daha dərin hüznlə başsağlığı verir.

Hazırda Azərbaycan Premyer Liqası və Kubokunda yüksək nəticələr uğrunda mübarizə aparan “Neftçi” PFK bu dövrdə bütün azarkeşlərini dəstək olmağa, komandanın ətrafında sıx birləşməyə çağırır".

Adrian Mutu bu ilin yayından "Neftçi"ni çalışdırırdı. İyul ayında onunla 2 illik müqavilə imzalanmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti