"Neftçi"nin yeni baş məşqçisi ilə neçə illik müqavilə imzalayacaq? - HƏR ŞEY BU VİDEODA

24 Dekabr 2023 17:20 Neftçi 1 515
"Neftçi"nin yeni baş məşqçisi ilə neçə illik müqavilə imzalayacaq? - HƏR ŞEY BU VİDEODA

“Neftçi"nin yeni baş məşqçisinin adına aydınlıq gəlməkdədir.

“Sportinfo TV”-nin aparıcı-eksperti Elçin Cəfərovun xəbərinə görə, monteneqrolu Miodraq Bojoviç "ağ-qaralar"ın yeni baş məşqçisi olacaq.

O bildirib ki, sözügedən mütəxəssislə 1,5-2 illik müqavilə imzalanması planlaşdırılır.

Məşqçilik həyatında 2000-ci ildə start verən Bojoviçin ilk iş yeri “Belqrad” olub. Növbəti illərdə 18 müxtəlif komandanın sükanı arxasında dayanıb.

Ölkəsiylə yanaşı, Sebiya və Kiprdə fəaliyyət göstərib. Onun karyerasının əsas bölümü Rusiyanın payına düşür.

İlk dəfə 2008-ci ildə bu ölkəyə gələn Bojoviç “Amkar”dan sonra “Moskva”, “Dinamo” (Moskva), “Rostov”, “Lokomotiv” (Moskva), “Krılya Sovetov” və “Arsenal”da (Tula) işləyib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti