COP29

GÜNÜN SUALI - Mutunun gedişi "Neftçi"də nəyi dəyişəcək?

25 Dekabr 2023 17:00 Neftçi 1 169
GÜNÜN SUALI - Mutunun gedişi "Neftçi"də nəyi dəyişəcək?

"Neftçi" qış fasiləsini gözləmədən Adrian Mutu ilə yolları ayırdı.

Artıq "ağ qaralar"ın tərəfdarları bu xəbəri böyük şadyanalıqla qeyd etməyə başlayıblar.

Bəli, rumıniyalı mütəxəssisin gedişi gec-tez baş tutmalıydı.

Çünki komanda onun rəhbərliyi altında ciddi nə iləsə yadda qalmadı.

Söhbət qisa müddətdə hansısa nəticədən getmir.

Sadəcə ötənlərin məşhur futbolçusu nə dilədisə rəhbərlik anında önünə qoysa da paytaxt klubu gələcəyə zərrə ümid verəcək futbol göstərə bilmədi.

Belədə ziyanın yarısından dönüb, onunla yolların ayrılması vacib idi.

Lakin klubda bununla bütün problemlər öz həllini tapacaqmı?

Əsla!

Mutunun ardınca "Neftçi"ni tərk etməli çox sayda oyunçu və rəsmilər də var.

Yay fasiləsində komandaya gətirilən yararsız transferlər və onları komandaya calayanlar da təcili yola salınmalıdır.

Əks halda, Mutunun göndərilməsi gözdən pərdə asmaq, günahkarları gizlətməkdən başqa işə yaramayacaq.

Və hansısa yeni mütəxəssisin "Neftçi"yə gətirilməsi ciddi ölçüdə heç nəyi dəyişməyəcək.

Azarkeşlərə qalan da son illər alışdıqları ötəri ümid, sevinc olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti