“Neftçi” bir qədər sonra Adrian Mutu ilə yolların ayrılması haqda xəbəri rəsmən ictimaiyyətə açıqlayacaq....
Sportinfo.az bu barədə klubdan məlumat əldə edib.
Redaksiyamıza bildirilib ki, baş məşqçi dəyişikliyi yönündə yaydığımız informasiya doğrudur və hazırda vətənində olan rumıniyalı mütəxəssis bir daha geri dönməyəcək.
Rəsmilər informasiyanın bayanı üçün “Kəpəz”lə matçın başa çatmasını gözləyirlər. Yalnız ondan sonra ayrılığın səbəbləri və şərtləri ilə əlaqədar rəsmi açıqlama veriləcək.

