Mutunu görəvdən alan "Neftçi”də daha nələr dəyişəcək? - ŞOK VİDEO GÜNDƏM!

24 Dekabr 2023 14:25 Neftçi 2 021
Mutunu görəvdən alan "Neftçi”də daha nələr dəyişəcək? - ŞOK VİDEO GÜNDƏM!

Bu gün mediaya "bomba" kimi düşən xəbərlər "Neftçi”nin Adrian Mutunu postundan göndərməsidir.

Rumıniyalının anasının vəfatı ilə əlaqədar vətəninə yollandığı deyilsə də, Premyer Liqanın 17-ci turunda “Qarabağ”a məğlubiyyətdən sonra rəhbərlik onunla yolları ayırmaq barədə qərar qəbul edib.

"Sportinfo TV"nin aparıcı-eksperti Elçin Cəfərov hələ bir həftə öncə bunun anonsunu vermişdi.

Tanınmış jurnalist "Qarabağ" - "Neftçi" matçının (2:0) təhlilini apararkən, əldə etdiyi eksklüziv xəbəri "Sportinfo TV"nin aparıcı-eksperti Elçin Cəfərov izləyicilərə çatdırmışdı.

Elçin Cəfərov qeyd edib ki, klubda rumıniyalıya və onu bura gətirən cavabdehlərə etiraz getdikcə artmaqdadır:

"Görünən odur ki, Adrian Mutu ilə davam etmək vaxt itkisidir. Əldə etdiyim eksklüziv xəbəri diqqətinizə çatdırıram.

Rumıniyalının nəticələrindən klub rəhbərliyi narazıdır. Ola bilsin ki, Mutu ilin sonuna kimi komandadan uzaqlaşdırılsın.

Klub rəhbərliyi oynanılan futboldan, edilən transferlərdən çox şikayyətçidir. Rumıniyalını "Neftçi"yə gətirənlər indi nə deyəcəklər?".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti