“Neftçi”dən ayrılan futbolçunu öz ölkəsində tanımırlar: “Bu, haradan çıxdı?” - FOTO

23 Dekabr 2023 20:00 Neftçi 3 817
“Neftçi”dən ayrılan futbolçunu öz ölkəsində tanımırlar: “Bu, haradan çıxdı?” - FOTO

“Neftçi”dən ayrılan Kenni Sayef karyerasını vətənində davam etdirəcək.

Əslən İsraildən olan, lakin ABŞ-da doğulan futbolçu Hayfa “Makkabi”si ilə anlaşıb.

Hayfa təmsilçisi 30 yaşlı solaxayın keçidi haqda sosial şəbəkə hesablarında məlumat yayıb.

Paylaşıma müxtəlif reaksiyalar gəlib ki, yazılan şərh müəlliflərinin bir çoxunun Sayefi tanımaması maraq doğurub.

Halbuki, səbəbkar vaxtilə İsraildə “Bney Saxnin”, “Hapoel Hayfa”, “İroni Kiryat Şimona”, “Hapoel Ramat Qan” və “Aşdod”un formasını geyinib. “Neftçi”yə gəlməmişdən əvvəl 2021-22 mövsümündə məhz “Aşdod”un uğurları üçün tərk töküb.

Elə isə, Kenni ilə bağlı yazılan şərhlə diqqət yetirək:

“Xoş gəlib. Deyin görək “pəncərə” açılmamış siz onunla necə müqavilə bağlamısınız?”

“Uğur qazanmağı hədəfləyən tarixi klub niyə bu futbolçunu alsın ki?” Rəhbərliyin bu ilki qərarları ikrah doğurur”.

“Bu səviyyədə futbolçuları “Makkabi”yə sırıyırlar, 1 ildən sonra da onlardan qurtulmağın yollarını axtarırlar”.

“Kimsə məni başa salsın, bu, sol cinah müdafiəçisidir, yoxsa sağ cinah yarımmüdafiəçisi?”

“Bir şeyi anlamadım, bu, israillidir?”.

“Bu, hardan çıxdı?”.

“Ehtiyat oyunçular skamyasını zənginləşdirirlər”.

“Bu xəbəri oxuyan kimi yadıma 2015-ci ildəki müsahibəsi düşdü. “Makkabi Təl-Əviv” haqda xoş sözlər demişdi, sonda müqavilə bağlamamışdı. Mənə görə qeyri-ciddi adamdır”.

2022-ci ilin iyulundan 2023-cü ilin dekabrına qədər “Neftçi”nin formasını geyinən Kenni Sayef bu müddətdə meydana çıxdığı 59 oyunda 10 qol vurub, 13 məhsuldar ötürmə verib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti