“Neftçi” qış Belekdə keçirəcək, 2 yoxlama oyununa çıxacaq

23 Dekabr 2023 00:40 Neftçi 706
“Neftçi” qış Belekdə keçirəcək, 2 yoxlama oyununa çıxacaq

“Neftçi” qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq Antalya şəhərindəki Belek bölgəsində təşkil olunacaq.

2024-cü il yanvarın 4-dən 14-dək “Gloria Sport Arena”da məskunlaşacaq kollektiv bu müddət ərzində 2 yoxlama matçı keçirəcək. Oyunların təqvimi və rəqiblər hələ ki bəlli deyil.

“Neftçi” Azərbaycan Premyer Liqasında 17 turdan sonra 25 xalla 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM