Premyer Liqada işləri qaydasında getməyən “Neftçi” ölkə kubokunda yarımfinala adladı.
“Ağ-qaralar” 1/8 final mərhələsində Birinci Liqanın lideri “Qaradağ Lökbatan”ı məğlub etdi.
72-ci dəqiqəyə qədər rəqibin qapısına 1 dəfə yol tapan bakılılar son 20 dəqiqədə daha 3 dəfə fərqlənməklə darmadağına imzasını yazdırdı – 4:0.
Matçdan sonra “Neftçi”nin braziliyalı legioneri Andre Şinyaşiki Sportinfo.az-a oyunla bağlı təəssüratlarını bölüşüb:
“Ağır oyunlardan və çətin qələbələrdən sonra bizim üçün vacib qalibiyyət oldu. “Neftçi”nin məsuliyyəti ağırdır, ona görə də bu cür nəticələr əldə etmək önəmlidir.
Böyük hesabla qələbə qazandığımıza görə xoşbəxtəm. Sevindirici məqamlardan biri bu formada ilk qolu vurmağım oldu.
Gizlətmirəm, bunu çoxdan gözləyirdim. Əlimə çox yaxşı fürsət düşdü və dəyərləndirdim.
Şəxsi həyatımda və futbolçu karyeramda baş verən xoşagəlməz olaylardan sonra bu qol mənə çox lazım idi. Davamını gətirməliyəm”.
Cari mövsümün əvvəlindən “Neftçi”nin şərəfini qoruyan 26 yaşlı hücumçu ağ-qara formada meydana çıxdığı 13 oyunda 1 qol və 2 assistlə yadda qalıb.
HƏBİB

