"Neftçi"yə ögey münasibət - Xoş olmayan FOTOLAR

22 Dekabr 2023 20:40 Neftçi 961
"Neftçi"yə ögey münasibət - Xoş olmayan FOTOLAR

Azərbaycan kubokunun 1/8 final mərhələsində "Neftçi" "Qaradağ Lökbatan"ı qəbul edib - 4:0.

"Ağ-qaralar" doğma meydanda oynamasına baxmayaraq, tribunalardan lazımi dəstəyi görməyib.

Başlıca səbəb "Neftçi Arena"ya az sayda azarkeşin gəlməsidir. Tribunalarda ən yaxşı halda 150-200 nəfər yerini tutub.

Digər səbəb bakılıların cari mövsümdə uğursuz təsir bağışlaması və ötən həftə prinsipial qarşılaşmada "Qarabağ"a uduzmasıdır.

Tribunada yerini tutan "Forza Neftçi"nin üzvləri bu dəfə də müxtəlif şüarlarla etiraz səsini ucaldıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM