"Neftçi" bir istəyinə dörd dəfə çatdı - VİDEO+FOTOLAR

22 Dekabr 2023 08:30 Neftçi 4 631
"Neftçi" bir istəyinə dörd dəfə çatdı - VİDEO+FOTOLAR

Azərbaycan kubokunun 1/8 final mərhələsinin son oyunu "Neftçi Arena"da baş tutub.

Sportinfo.az xəbər verir ki, "Neftçi" "Qaradağ-Lökbatan"la qarşılaşıb.

Görüş ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi” doğma arenasında rəqibini 4:0 hesabı ilə darmadağın edib. Elita komandasının heyətində 23-cü dəqiqədə penaltidən Aaron Olanare, 77-ci dəqiqədə Yeqor Boqomolski, 80-ci dəqiqədə Andre Şinyaşiki fərqləniblər.

"Qaradağ Lökbatan"ın heyətində Murad Qayalı 72-ci dəqiqədə avtoqol müəllifi olub.

“Neftçi”nin 1/4 finaldakı rəqibi “Sumqayıt” olacaq. Bu mərhələnin oyunları yanvarın 30-31-də və fevralın 6-7-də keçiriləcək.

“Neftçi Arena”. 662 tamaşaçı
Baş hakim: Kamran Əliyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Teymur Teymurov
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Dieqo Valdez, 90 (qeyri-idman hərəkəti) // Urfan İsmayılov, 51 (qeyri-idman hərəkəti); Seyxan Fərəcov, 71 (qeyri-idman hərəkəti)
Qollar: Aaron Olanare, 23(p.); Murad Qayalı, 72 (ö.q.); Yeqor Boqomolski, 77; Andre Şinyaşiki, 80
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 1 dəq.

“Neftçi”
93. Rza Cəfərov
14. Eddi İsrafilov (k)
(77. Yeqor Boqomolski, 71)
3. Höccət Haqverdi
17. Rəhman Hacıyev
(16. Lukas Melano, 78)
7. Azər Əliyev
(19. Azər Salahlı, 46)
21. İsmayıl Zülfüqarlı
22. Reziuan Mirzov
(11. Kilan Lebon, 62)
4. Mark Tamaş
6. Dieqo Valdez
25. Aaron Olanare
(8. Emin Mahmudov, 62)
9. Andre Şinyaşiki

Ehtiyat oyunçular:
30. Aqil Məmmədov
95. Rəvan Kazımov
10. Filip Ozobiç
26. Ömər Buludov
28. Turan Vəlizadə
99. Ervin Koffi
44. Yuri Matias

Məşqçi: Alin-Nicolae Çita

“Qaradağ Lökbatan”

25. Əmrah Zülfüqarlı
8. Urfan İsmayılov (k)
5. Murad Qayalı
6. Xəyal Tomarov
17. Kənan Cəfərov
7. Sultan Mustafayev
(88. Tunar Mütəlimov, 64)
33. Fərid Mahmudov
44. Cavidan Rəhimli
9. Xəlil Bəşirov
11. Seyxan Fərəcov
15. Mehdi Tahirov

Ehtiyat oyunçular:

90. Cavidan İzzətli
21. Novruz Məmmədov
77. Sərxan Abdullayev
22. Mehman Məsimov
3. İsa İsayev
4. Asif Məmmədov
27. Mircamal Əlizadə
19. Mehdi Həşumov
Baş məşqçi: Azər Həşimov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti