Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, 1/8 mərhələsinin son qarşılaşması Bakıda oynanılacaq.
“Neftçi” I Liqanın lideri “Qaradağ Lökbatan”ı sınağa çəkəcək. “Neftçi Arena”da baş tutacaq görüşü Kamran Əliyev idarə edəcək.
Bu cütdən qalib ayrılacaq komanda növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.
Mərhələnin əvvəlki matçlarından sonra 1/4 finalda iki cütlük müəyyənləşib. Yarımfinala vəsiqə uğrunda “Səbail” “Zirə” ilə, “Araz-Naxçıvan” isə “Qəbələ” ilə qarşılaşacaq.
"Neftçi" – "Qaradağ Lökbatan"
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Neftçi Arena”, 18:00
"Neftçi": 93. Rza Cəfərov, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 25. Aaron Olanare, 9. Andre Şinyaşiki
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski
Məşqçi: Alin-Nicolae Çita
"Qaradağ Lökbatan": 25. Əmrah Zülfüqarlı, 8. Urfan İsmayılov (k), 5. Murad Qayalı, 6. Xəyal Tomarov, 17. Kənan Cəfərov, 7. Sultan Mustafayev, 33. Fərid Mahmudov, 44. Cavidan Rəhimli, 9. Xəlil Bəşirov, 11. Seyxan Fərəcov, 15. Mehdi Tahirov
Ehtiyat oyunçular: 90. Cavidan İzzətli, 21. Novruz Məmmədov, 77. Sərxan Abdullayev, 88. Tunar Mütəlimov, 22. Mehman Məsimov, 3. İsa İsayev, 4. Asif Məmmədov, 27. Mircamal Əlizadə, 19. Mehdi Həşumov
Baş məşqçi: Azər Həşimov

