Bir neçə gün əvvəl “Neftçi”dən ayrılan Kenni Sayefin yeni klubu bəlli olub.
İsrailli yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
O, “Makkabi”yə (Hayfa) keçib. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Kenni Sayef 2022-ci ilin yayından "Neftçi"də çıxış edirdi. Legioner cari mövsümdə meydana çıxdığı 18 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun sözləşməsi gələn ilin yayında bitəcəkdi.“Neftçi”dən şəxsi məsələlərə görə ayrıldığı bildriliən Sayef Rumuniya və Kiprdən təklif alsa da, tarixi vətəninə dönməyi üstün tutub.
Xanımının məsləhəti ilə. Həyat yoldaşının sözündən çıxmayan Sayef “Makkabi”də nə qədər pul qazanacaq? İlk 1 ildə onun gəliri 300 min avro təşkil edəcək.
Növbəti sezonda isə bu məbləğ 350 min avroyadək artırılacaq.
ABŞ vətəndaşı olan İsrail əsilli sol cinah oyunçusu İsrailin “Bney Saxnin” (2010-2011), “Hapoel Hayfa” (2011-2012), “İroni Kryat Şmona” (2012-2013), “Hapoel Ramat Ha Şaron” (2013-2014), Belçikanın “Gent” (2014-2018), “Anderlext” (2018-2022), ABŞ-ın “Sinsinnati” (2019), Polşanın “Lexiya” (2020-2021) və İsrailin “Aşdod” (2021-2022) klublarında çıxış edib.
O, 2015-ci ildə “Gent”in heyətində Belçika çempionatının və Superkubokun qalibi olub.
İsrailin aşağı yaş yığmalarında da forma geyinib. Bu ölkənin əsas millisində 2, ABŞ milli komandasında isə 4 oyun keçirib.
SPORTİNFO.AZ

