“Neftçi”nin dalağı partlayan qaıçısı xəstəxanadan evə buraxıldı

21 Dekabr 2023 00:30 Neftçi 758
“Neftçi”nin dalağı partlayan qaıçısı xəstəxanadan evə buraxıldı

“Neftçi”nin U-15 komandasının qapıçısı Nurəziz Əzizov evə buraxılıb.

Sportinfo.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, AFFA U-15 Liqasının XV turunda, “Ulduz Mingəçevir”lə qarşılaşmada zədələnən kiper "Liv Bona Dea Hospital"da müalicəsini başa vurub.

Matçın 37-ci dəqiqəsində cərimə meydançası daxilində rəqibin hücumçusu ilə toqquşaraq qarın boşluğundan zərbə alan Nurəziz Əzizovun dalağı partlayıb.

O, Kürdəmir Mərkəzi Xəstəxanasında əməliyyat olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti