Derbidəki oyun «Neftçi»yə yaraşmadı.
Özlərinə rəzalət, tərəfdarlarına verdilər.
Komandası məğlub durumda olan baş məşqçi hücum xəttini gücləndirər. Adrian Mutu isə ikinci hissənin ortasında «beşli müdafiə»yə keçməyə hazırlaşırdı…
«Neftçi» birinci hissədə ilk təhlükəni yaradan tərəf oldu. Oldu və bitdi.
Topu «Qarabağ»a verib, arxa zonanın qayğısını çəkməyə məcbur qaldılar.
Lebonun fərdi sürətli cinah reydlərinə ümid edən qonaqları mərkəz xəttini tapdalamağa da çəkinirdi sanki. Özünəinam istək şkalasında «1»i göstərirdi.
«
Neftçi»nin öncəki illərdə heyəti bundan qat-qat zəif olub.
Son 7-8 ilin ən bahalı transferlərini etmiş komandaya derbidə «ikinci nömrə» ilə oynamaq tapşırığı verən Adrian Mutudan mən artıq heç nə gözləmirəm.
«Neftçi»ni belə görmək istəmrəm. «Qarabağ»ın əzici üstünlüyünü hər dəqiqə öz üzərində yaşayan komandaya mən «Neftçi» də demək istəmirəm.
Bunu nəsə başqa komanda adlandırmaq lazımdır. Təbii ki, Mutuya görə.
Çün o, bu adın ağırlığını hələ başa düşməyib və başa düşmək niyyətini də hiss etdirmir.
Bəxtəbəxt vurulacaq bir qolun ümid işığına göz dikməməlidir «Neftçi»! Rəqibin ad-sanından, oynadığı futboldan qorxub çəkinməməlidir «Neftçi»!
Bütün qüvvə ilə geri çəkilib, üçüncü ötürmədə «ip»dən qırılmamalıdır «Neftçi»!
ELXAN

