“Neftçi”dən ayrılan Kenni Sayef Rumıniya klubu FKSB-yə keçə bilər.
Sportinfo.az-ın “prosport.ro” saytına istinadən məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi ilə danışıqlara start verilib.
FKSB-nin sahibi Cici Bekali israilli oyunçunun azad agent statusu almasından faydalanmaq istəyir. Sayef 700 min avro dəyərində qiymətləndirilir.
“Neftçi” dekabrın 14-də Kenni Sayeflə müqaviləyə xitam verildiyini açıqlayıb.

