Özünü doğrultmur, "Neftçi"ni də incidir - SON DƏQİQƏ

19 Dekabr 2023 16:40 Neftçi 2 363
Özünü doğrultmur, "Neftçi"ni də incidir - SON DƏQİQƏ

Aaron Olanareni yola salmaq istəyən "Neftçi" problemlə üzləşib.

Yayda birillik müqaviləyə imza atmış nigeriyalı hücumçu anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verməyə tələsmir.

Afrikalı legioner təzminat marağındadır. Düzdür, «ağ-qaralar» ona 2 aylıq əməkhaqqı miqdardında ödəmə etməyə hazırdır, ancaq səbəbkar buna qane olmur.

O, yarım illik maaşını bəribaşdan almaq niyyətindədir. Odur ki, tərəflər arasında danışıqlar bir müddətdir uzanır.

Bakılılar yayda sıralarına qatdığı nigeriyalı hücumçu ilə bu istiqamətdə danışıqları sonna çatdırmaq üzrədir. Müqaviləsi gələn ilin yayında bitəcək afrikalı legionerlə anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam veriləcək.

Aaron Olanare 2016-2018-ci illərdə Moskva MOİK-inin şərəfini qoruyub.

29 yaşlı mərkəz hücumçusu buna qədər ölkəsinin “Şutinq Starz”, Norveçin “Valerenqa” və “Sarpsborq”, Çinin “Quançjou”, “Siçuan” və “Çançun Yatay”, Rusiyanın “Amkar” və İsrailin “Beytar" (Yerusəlim) klublarının da formasını geyinib.

Son 2 mövsümü “Ərzurumspor”da keçirən hücumçu Türkiyə I Liqasında 23 matçda 4 dəfə fərqlənib. Nigeriya millisində 7 oyunda 2 qol vuran Olanare “Neftçi“də cəmi 2 dəfə fərqlənb.

O, Premyer Liqanın ilk və ikinc dövrəsində “Turan“la keçirilən oyunlarda komandasına qələbə gətirən qolun müəllifi olub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti