"Neftçi" üçüncü pillədə olmağa layiq deyil, məsləhət verə bilmərəm"

17 Dekabr 2023 02:00 Neftçi 882
"Neftçi" üçüncü pillədə olmağa layiq deyil, məsləhət verə bilmərəm"

"Müdafiəçi olaraq öz işimi görməyə çalışıram, qol imkanım olanda da yararlanıram.

Komanda yoldaşlarıma bu yöndə məsləhət verə bilmərəm".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin braziliyalı legioneri Yuri Matias mətbuat konfransında deyib.

28 yaşlı müdafiəçi Premyer Liqada çempionluq şansları barədə danışıb:

"Hazırda "Qarabağ"la xal fərqi çoxdur. Biz də bunu dərk edirik.

"Neftçi" üçüncü pillədə olmağa layiq deyil. Azarkeşlərin narazılığını normal qarşılayıram.

Komandanın heyəti yenidən qurulub. Bu, asan proses deyil.

Bilirik ki, bundan da yaxşı nəticələr qazana və fanatları sevindirə bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM