"Qarabağ"ı udmağa çalışacağıq" - "Neftçi"nin yarımmüdafiəçisi

17 Dekabr 2023 00:30 Neftçi 716
"Qarabağ"ı udmağa çalışacağıq" - "Neftçi"nin yarımmüdafiəçisi

"Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov "Neftçi TV"yə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın aparıcı futbolçusu komandasının hazırlığından və nəticələrindən söz açıb:

"Bir müddət zədəli olduqdan sonra artıq kollektivlə bərabərəm. Son oyunda da meydana start heyətində çıxmışdım.

Təbii ki, son oyunlarda yaxşı oynamağımız sevindirici haldır. Üstəlik, kompakt futbol oynayırıq. Ardıcıl qələbələr gəlir.

Düzəltməli olduğumuz detalları da yoluna qoyuruq. Qələbələr gəldikcə, səhvləri daha rahat aradan qaldırmaq olur".

İsrafilov, Premyer Liqanın 17-ci turunda qarşılaşacaqları "Qarabağ"la görüş haqda isə bunları deyib:

"Qarabağ" güclü və çətin rəqiblərdəndir. Əlbəttə, çətin oyun olacaq. Nə etmək lazımdırsa, onu edəcəyik. "Qarabağ"la görüşdə qələbə qazanmağa çalışacağıq".

Premyer Liqanın 17-ci turunun son görüşü "Qarabağ" və "Neftçi" arasında keçiriləcək. Dekabrın 18-də Tofiq Bəhramov stadionunda keçiriləcək görüşə 20:00-da start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti