Millinin oyunçusu Türkiyədən təklif aldı, “Neftçi“yə “ayrılımaq istəyirəm“ dedi

16 Dekabr 2023 15:00 Neftçi 23 599
Millinin oyunçusu Türkiyədən təklif aldı, “Neftçi“yə “ayrılımaq istəyirəm“ dedi

Millinin yarımmüdafiəçisi Eddi İsrafilovun tezliklə “Neftçi“dən ayrılması yenidən gündəmə gəlib.

2022-ci ilin yanvarında «ağ-qaralar»la 2,5 illik müqavilə imzalayan orta sahə oyunçusuna İspaniyadan dəvət gəlməsini daha öncə xəbər vermişdik.

Bildirmişdik ki, Sequndanın 2 klubu 2016-cı ildən yığmamızın şərəfini qoruyan İsrafilovun xidmətində maraqlıdır.

Eddinin karyerası bu ölkəylə bağlıdır. Öncəki illərdə “Real Mursiya”, “Ximnastik”, “Qranada”, “Eybar” və “Kordoba”nın forması geyinib. Onun son klubu “Albasete” olub.

İndi isə İsrafilova Türkiyədən təklif gəlib. Azərbaycan pasportu daşıyan futbolçular artıq qardaş ölkədə legioner sayılmadığından, yığmamızın üzvü ora getmək niyyətindədir.

Ona dəvət göndərən klub I Liqada mübarizə aparır və Super Liqaya vəsiqə qazanmağa iddialıdır. Eddi aldığı yeni çağırış barədə «ağ-qaralar»ın bəzi funksionerlərini məlumatlandırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti