“Neftçi”də 3 problem var - “Qarabağ”la oyun ərəfəsində

17 Dekabr 2023 01:20 Neftçi 710
“Neftçi”də 3 problem var - “Qarabağ”la oyun ərəfəsində

Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ”la keçiriləcək oyun ərəfəsində “Neftçi”nin 3 futbolçusu zədəlidir.

Sportinfo.az xəbər verir ki, bunlar qapıçı İvan Brkiç, yarımmüdafiəçilər Qara Qarayev və Ataa Caberdir.

İlk iki oyunçu bir müddətdir zədədən əziyyət çəkir, Caberin isə topuğunda burxulma olub. Futbolçuların hər üçü müalicələrini davam etdirirlər.

Dekabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - “Neftçi” oyunu saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti