"Neftçi" qış fasiləsini gözləmədi, onunla yollarını ayırdı

15 Dekabr 2023 00:10 Neftçi 709
"Neftçi" qış fasiləsini gözləmədi, onunla yollarını ayırdı

"Neftçi"də ayrılıq gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Kenni Sayeflə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı vingerin şəxsi səbəblərə görə "ağ-qaralar"ı tərk etdiyi bildirilib.

Kenni Sayef 2022-ci ilin yayından "Neftçi"də çıxış edirdi. Təcrübəli futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM