AFFA U-15 Liqasının 15-ci turu çərçivəsində keçirilən “Ulduz Mingəçevir” - “Neftçi” qarşılaşmasında zədələnən “Neftçi”nin qapıçısı Nurəziz Əzizov müalicəsini davam etdirir.
Gənc qolkiperin çətin günlərində "Neftçi" ailəsi onu tək buraxmır.
Dünən əsas komandada olan həmkarları gənc qapıçını ziyarət edib, ona dəstəklərini nümayiş etdiriblər.
Söhbət Aqil Məmmədov, İvan Brkiç və Rza Cəfərovdan gedir.
Ardınca isə "Forza Neftçi" azarkeş qrupunun üzvləri Nurəzizin yanına getməklə ona mənəvi dəstək nümayiş etdiriblər.
Gənc futbolçu məxsus olduğu klubdan gördüyü bu diqqətə görə məmnun olub.
O, ziyarətinə gələn qonaqlara əziyyət çəkdikləri üçün təşəkkür edib.
XANOĞLAN / SPORTİNFO.AZ

